logo

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 114-cü pillədədir

16:11 09-04-2020 | icon 2800
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 114-cü pillədədir

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa xəbər verir ki, fevralda açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yığmaları yer alıb.