logo

Koronavirusa görə dənizdə qalan 700 neftçirin növbə dəyişməsi olub

15:55 09-04-2020 | icon 2212
Koronavirusa görə dənizdə qalan 700 neftçirin növbə dəyişməsi olub

Dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən bildirilib.Qeyd edilib ki, artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb. Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir.