logo

Milli Məclis hökumətin 2019-cu il üçün hesabatını məqbul hesab edib

14:10 09-04-2020 | icon 1988
Milli Məclis hökumətin 2019-cu il üçün hesabatını məqbul hesab edib

Milli Məclis Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatını məqbul hesab edib.

YeniAvropa xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Karantin rejimi ilə əlaqədar olaraq baş nazir Əli Əsədov hesabatı videoformatda təqdim edib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri bildirib ki, müzakirələrin videoyazısı, stenoqramı Nazirlər Kabinetinə göndəriləcək.