logo

Bu gün “OPEC+” ölkələri nazirlərinin videokonfrans formatında görüşü olacaq

13:57 09-04-2020 | icon 2464
Bu gün “OPEC+” ölkələri nazirlərinin videokonfrans formatında görüşü olacaq

Aprelin 9-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, görüşdə daha çox sayda qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur. Məqsəd neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısını almaqdır. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Azərbaycan da görüşə dəvət alıb.