logo

Baş nazir:"Ötən il Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub"

11:53 09-04-2020 | icon 2107
Baş nazir:"Ötən il Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub"

2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edib. Ötən il Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

YeniAvropa xəbər verir ki, bu fikirlər baş naziri Əli Əsədovun aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatında yer alıb. 

Hökumət başçısı qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə də stimul verməkdədir.

2019-cu ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan Baş Nazir deyib: “Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib”.