logo

Azərbaycanda 3 mindən artıq vətəndaş karantinə alınıb

10:10 09-04-2020 | icon 2219
Azərbaycanda 3 mindən artıq vətəndaş karantinə alınıb

Azərbaycanda koronavirusa görə karantində olan vətəndaşların sayı isə 3 mindən çoxdur. 

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. Onun sözlərinə görə, koronavirusun aşkarlanması üçün gün ərzində icra edilən testlərin sayı 3-4 min arasında dəyişir. Həmin testlərin sayını 5 minə çatdırmağı nəzərdə tutmuşuq. Bu gün ölkədə 3 mindən çox test aparılıb. Bununla da aparılan testlərin sayı 53 mini ötüb. Koronavirusun təyini məqsədilə Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb. Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılması planlaşdırılır.

“Bakıda və regionlardakı gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı istirahət mərkəzləri, xüsusilə də Nabrandakı istirahət mərkəzləri karantin üçün ayrılıb. Qərb, şimal və cənub bölgələrimizdə bütün 3, 4 və 5 ulduzlu hotellər karantin kimi istifadə olunur. Karantində olan vətəndaşların sayı isə 3 mindən çoxdur. Hazırda ölkə üzrə 751 aktiv koronavirus xəstəsi var ki, onlardan da 37-nin vəziyyəti ağırdır. Həmin xəstələrdən 20-dən çoxu məhz bu yaxınlarda fəaliyyətə başlayan “Yeni klinika”da müalicə alır. Ümumilikdə, Azərbaycanda koronavirusa görə 22 tibb müəssisəsi ayrılıb”, - deyə R.Bayramlı diqqətə çatdırıb.