logo

Prezidentin oğlu da koronavirusa yoluxdu

23:15 08-04-2020 | icon 2373
Prezidentin oğlu da koronavirusa yoluxdu

Serbiya Prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiç koronavirusa yoluxub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə prezident özünün "İnstaqram" hesabında paylaşıb. Oğlu ilə şəklini paylaşan prezident ona dəstəyini ifadə edib: “Bütün bunlar başlayanda mənim Danilom dedi ki, xəstəliyi inkar etmək variant deyil. Onu yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirdik. Oğlum, sən bunun öhdəsindən gələcəksən. Atan səni sevir və hamı səni sevir”.

Xatırladaq ki, indiyədək Serbiyada 2666 nəfər koronavirusa yoluxub, 65 nəfər isə dünyasını dəyişib.