logo

“Survivor”u tərk edən Pərviz hələ bir müddət vətənə qayıda bilməyəcək

21:43 08-04-2020 | icon 2114
“Survivor”u tərk edən Pərviz hələ bir müddət vətənə qayıda bilməyəcək
Ötən gün “Survivor”da iştirakını dayandıran Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Kobra” ləqəbli kikboksçumuz Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl "Survivor”dan çıxanlar digər iştirakçılar da həmin ölkəni tərk etməyiblər və onlar hələ də  oteldə qalırlar.
 
Məşqçi deyib ki, SMS səsverməsi ilə "Survivor” yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıda bilməməsinin obyektiv səbəbləri də var. 
"Koronovirus səbəbindən onsuz da indi heç bir ölkəyə uçuş yoxdur. Uçuşlar bərpa edilərsə, Pərviz ABŞ-a, ordan da Türkiyəyə getməlidi. Hələ ki, ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. O, Türkiyəyə gəlsə belə  orada da karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdı”.
 
Qeyd edək ki, Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.