logo

Əli Əsədov sabah parlamentdə hökumətin videohesabatını verəcək

15:31 08-04-2020 | icon 2016
Əli Əsədov sabah parlamentdə hökumətin videohesabatını verəcək

Aprelin 9-da keçiriləcək Milli Məclisin növbəti plenar iclasında baş nazir Əli Əsədovun videohesabatı dinləniləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, karantin rejimi ilə əlaqədar olaraq baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı canlı deyil, videokonfrans şəklində olacaq. Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Ümumiyyətlə sabahkı iclasın gündəliyinə 6 məsələnin müsakirəsi daxil edilir. Gündəlikdəki digər 5 məsələ aşağıdakılardır:

-Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında;

- Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında ;

- Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə;

- “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

Məlumatda, həmçinin qeyd olunur ki, yaşı 65 və ondan yuxarı olan deputatlardan karantin rejiminin qaydalarına əməl etmələri xahiş olunacaq.