logo

NATO gəmiləri Gürcüstanın ərazi sularında hərbi təlim keçəcək

11:15 08-04-2020 | icon 2254
NATO gəmiləri Gürcüstanın ərazi sularında hərbi təlim keçəcək

NATO-nun dörd hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Poti limanına daxil olan İtaliyanın ITS VIRGINIO FASAN, Kanadanın HMCS FREDERICTON, Rumıniyanın ROS REGINA MARIA, Bolqarıstanın BGS VERNI gəmiləri Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə hərbi təlim keçəcək.

Məlumata görə, təlimlərdə Türkiyənin TCG SALIHREIS gəmisi də iştirak edəcək.

Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır.

Bildirilir ki, COVID-19 pandemiyasına görə təlim çərçivəsində görüşlər videokonfrans formatında keçiriləcək.

Birgə təlimlər heyətin iştirakı olmadan gəmilərin manevrlərindən ibarət olacaq.