logo

ABŞ-da sutka ərzində 1700 nəfər koronavirusdan ölüb

10:11 08-04-2020 | icon 343
ABŞ-da sutka ərzində 1700 nəfər koronavirusdan ölüb

ABŞ-da sutka ərzində yeni növ koronavirusdan 1700 nəfər ölüb.

 YeniAvropa xəbər verir ki, bu barədə "CNN" telekanalı Con Hopkins Universitetinə istinadla məlumat yayıb. Daha əvvəl antirekord ölüm faktı (1400-dən çox) aprelin 3-də qeydə alınıb.

"TASS" informasiya agentliyinin  Con Hopkins Universitetinə istinadla yaydığı məlumata görə isə  indiyədək ABŞ-da koronavirusa yoluxanların sayı 396,2 mini ötüb, virusa yoluxmuş 21 min 763 nəfər sağalıb, 12 min 722 xəstə ölüb.

Xatırladaq ki, yeni növ koronavirusa yoluxma hadisəsi ötən ilin dekabrında Mərkəzi Çində qeydə alınıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.