logo

Evdən çıxmaq üçün "8103"ə 2 milyon 289 min SMS göndərilib

18:34 07-04-2020 | icon 2177
Evdən çıxmaq üçün "8103"ə 2 milyon 289 min SMS göndərilib

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib ki, bunlardan da təqribən 1 milyon 219 mini, yəni, 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Qeyd edilib ki, "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir . İndiyədək əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38 min 819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən "icaze.e-gov.az" portalı vasitəsilə 583 min 92 icazə qeydiyyata alınıb.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək",-deyə məlumatda bildirilib.