logo

İlham Əliyev 6 modul tipli xəstəxananın yaradılmasına 14,8 milyon manat ayırdı

17:29 07-04-2020 | icon 2107
İlham Əliyev 6 modul tipli xəstəxananın yaradılmasına 14,8 milyon manat ayırdı

Prezident İlham Əliyev aprelin 7-də “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb.

Sərəncama əsasən hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon manatı Maliyyə Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.