logo

"OPEC+" iclasına ABŞ, Kanada və Britaniya da dəvət edilib

15:53 07-04-2020 | icon 2541
"OPEC+" iclasına ABŞ, Kanada və Britaniya da dəvət edilib

OPEC katibliyi aralarında ABŞ, Kanada, Norveç, Braziliya və Böyük Britaniyanın da olduğu 36 ölkəni aprelin 9-na nəzərdə tutulan video-müşavirəyə dəvət edib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, dəvət olunan ölkələr dörd qrupa bölünüb: OPEC üzvləri, kartelə daxil olmayan, lakin "OPEC+" sazişində iştirak edən ölkələr, müşahidəçi dövlətlər, həmçinin əvvəllər OPEC-lə əməkdaşlıq etməyən ölkələr. Sonuncu qrupa ümumilikdə 10 ölkə daxildir: Kanada, Argentina, Braziliya, Kolumbiya, Misir, İndoneziya, Norveç, ABŞ, Böyük Britaniya, Trinidad və Tobaqo. Bu siyahıdakı yalnız üç ölkə - Kanada, ABŞ və Birləşmiş Krallıq hələlik öz iştiraklarını təsdiqləməyib.

Xatırladaq ki, "OPEC+" ölkələrinin neft hasilatının azaldılması ilə bağlı sazişi 2020-cin il martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb. Martın sonlarında tərəfdaşlar məsləhətləşmələri bərpa etmək və G20 ölkələrinin digər hasilatçılarını da birgə fəaliyyətə cəlb etmək barədə qərar qəbul edib.