logo

Həbsdən çıxan sabiq MTN generallarını karantinə apardılar 

15:14 07-04-2020 | icon 2219
Həbsdən çıxan sabiq MTN generallarını karantinə apardılar 

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla əfv olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov azadlığa çıxandan sonra karantinə alınıblar.

YeniAvropa xəbər verir ki, bu barədə ATV kanalı məlumat yayıb.

Məlumata görə, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq Penitensiar Xidmətin avtomobili ilə karantinə aparılıblar.

Xatırladaq ki, generallar Akif Çovdarov və Subahir Qurbanov koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı məhkumlara şamil olunan əfv sərəncamına uyğun olaraq azadlğa çıxıblar.

Belə ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 2015-ci ildə həbs olunmuş S.Qurbanov 14 il , Akif Çovdarov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.