logo

Yardımlıda 4 sm qar yağıb

13:10 07-04-2020 | icon 2184
Yardımlıda 4 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 7-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, qərb küləyi Naftalanda 32, Neftçalada 28, Bərdədə 26, Salyan, Tərtərdə 23, Xaçmazda 22, Qazıməmməd, Tovuzda 20, Ağstafa, Şəmkir, Ağdamda 18, Mingəçevirdə 16, Bakıda 28, Maştağada 26, Çilov adası, Sumqayıtda 24, Neft Daşlarında 21 metr/saniyəyədək güclənib.

Oğuzda 41, Balakəndə 36, Astarada 32, Qəbələdə 26, Şəki, Yardımlıda 22, Dəstəfurçay (Daşkəsən), Lənkəranda 19, Gəncəçay-Qədəmiş (Daşkəsən), Sarıbaşda (Qax) 18, Kürəkçay (Göygöl), Daşkəsəndə 17, Kişçayda (Şəki) 15, Şəmkirçay, Qalakənd (Gədəbəy), İsmayıllıda 14, Kirən (Tovuz), Göygöldə 13, Zaqatala, Naxçıvanda 12, Lerik, Şahbuz, Ağdam, Gədəbəydə 11, Sədərək, Ağdərə (Ordubad), Şamaxı, Mingəçevirdə 10, Şərur, Göyçayda 9, Şəmkirdə 8, Salyan, Kürdəmir, Biləsuvar, Dağkəsəmən (Qazax), Tərtərdə 7, Naftalan, Bərdədə 6, Neftçalada 4, Zərdab, Ordubadda 3, Xınalıq, Şahdağda 2, Qusar, Xaltan, Qrız, İmişli, Sabirabad, Cəfərxanda 1 millimetr yağış yağıb.

Qar örtüyünün hündürlüyü Yardımlıda 4, Şahdağ, Sarıbaş, Kirən məntəqəsi (Tovuz), Xınalıqda 2, Qrızda 1 santimetr olub.

Ölkə ərazisində yağıntılı hava şəraitinin aprelin 9-dək davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.