logo

İlham Əliyev Akif Çovdarovu əfv etdi

19:31 06-04-2020 | icon 2072
İlham Əliyev Akif Çovdarovu əfv etdi

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əfv edilib.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyevin aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda Akif Çovdarovun da adı var.

Xatırladaq ki, A.Çovdarov 2015-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.