logo

Bakıda keçirilməsi planlaşdırılan bəzi sərgilərin vaxtı dəyişdirilib

15:16 06-04-2020 | icon 2429
Bakıda keçirilməsi planlaşdırılan bəzi sərgilərin vaxtı dəyişdirilib

Bu il Bakıda keçirilməsi nəzərdə tutulan bəzi sərgilərin vaxtı dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkətindən bildirilib . Qeyd edilib ki, dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar şirkət bir sıra sərginin keçirilmə tarixini dəyişib.

Belə ki, “Caspian Agro”, “InterFood Azerbaijan”, “Ipack Caspian”, “HOREX Caucasus” sərgiləri bu il noyabrın 18-20-də, “AITF” 2021-ci il aprelin 8-10-da, “TransLogistica Caspian”, “Road & Traffic” sərgiləri isə gələn il aprelin 28-30-da keçiriləcək.