logo

Sabah Bakıda arabir yağış yağacaq, 10° isti olacaq.

14:32 06-04-2020 | icon 2009
Sabah Bakıda arabir yağış yağacaq, 10° isti olacaq.

Azərbaycanda aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadası və Bakıda gecə 6-8°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacağı ehtimal edilir.