logo

Bakıdakı keçiriləcək Dünya Kuboku təxirə salına bilər

11:31 06-04-2020 | icon 2695
Bakıdakı keçiriləcək Dünya Kuboku təxirə salına bilər

22 iyun - 3 iyul tarixlərində Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku təxirə salına bilər. 

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov məlumat verib. Onun sözlərinə görə, hələ ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasından (ISSF)  bununla bağlı rəsmi məlumat verilməyib.

"Hazırda heç bir ölkə yarış keçirmir. Ola bilsin ki, biz də vaxtını dəyişdirək. Biz Dünya Kubokunu təşkil etməyə hazırıq, Atıcılıq Kompleksində hazırlıqla bağlı böyük iş gedir. Lakin hazırda camaat evdən çıxa bilmir. Dünya Kubokunun təxirə salınma ehtimalı da var. Belə olacağı təqdirdə, yarışın vaxtını dəyişdirəcəyik",-deyə Hafiz Cəfərov vurğulayıb.