logo

Azərbaycanda Belarus Təhsili Günlərinin açılışı olub

18:33 05-03-2018 | icon 3682
Azərbaycanda Belarus Təhsili Günlərinin açılışı olub

Martın 5-də Bakıda Belarus Təhsili Günlərinin açılışı olub.

YeniAvropa xəbər verir  ki,  tədbir Azərbaycanın və Belarusun təhsil nazirliklərinin, Belarusun ölkəmizdəki səfirliyinin və “Rumires Travel” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılışda Belarus Təhsil Nazirliyinin əməkdaşı Olqa Xodkeviç, bu ölkənin Azərbacandakı səfiri Gennadi Axramoviç çıxış edərək Azərbaycan-Belarus təhsil əlaqələrinin inkişafından, keçirilən tədbirin ali məktəblər arasında qurulan əməkdaşlığa töhfəsindən danışıblar.

Sonra Belarusda fəlaiyyət göstərən universitetlərin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat veriblər.

Qeyd edək ki, tədbir çərçivəsində Bakı Slavyan Universitetinin Belarus dili və mədəniyyəti mərkəzində “Belarus və Azərbaycan ali təhsilinin beynəlmiləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Tədbir martın 7-dək davam edəcək.