logo

Bakıda beşmərtəbəli binasında yanğın olub

10:52 06-04-2020 | icon 3423
Bakıda beşmərtəbəli binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.