logo

Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötüb

21:44 05-04-2020 | icon 2408
Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötüb

Ermənistanda son 24 saat ərzində 52 nəfər koronavirusa yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla da bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 822 nəfərə çatıb.

Bundan başqa, 3477 nəfər karantində, 720 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Ermənistanda koronavirus səbəbindən 7 nəfər dünyasını dəyişib.