logo

Türkiyədə hazırlanan "COVID-19" peyvəndi müsbət nəticə verib

20:58 05-04-2020 | icon 2275
Türkiyədə hazırlanan "COVID-19" peyvəndi müsbət nəticə verib

Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən "COVID-19" peyvəndi müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemi yaradıb. Yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara sosial media hesabında bildirib.

O, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmaların aparılacağını deyib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, Türkiyə də mütəxəssislər xəstəliyə qarşı dərman və peyvəndin hazırlanması istiqamətində səfərbər olublar.