logo

Azərbaycanda koronavirusdan daha 2 nəfər öldü-say 7-yə çatdı

19:52 05-04-2020 | icon 2030
Azərbaycanda koronavirusdan daha 2 nəfər öldü-say 7-yə çatdı

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı şəkərli diabet xəstəsi, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri, həmçinin ünsiyyətdə olduqları digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 63 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.