logo

Bakıda yanğın zamanı özünü eyvandan yerə atan qadın öldü

18:17 05-04-2020 | icon 2072
Bakıda yanğın zamanı özünü eyvandan yerə atan qadın öldü

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı  özünü eyvandan yerə atan qadın ölüb.

 YeniAvropa xəbər verir ki, Süleyman Vəzirov küçəsi 17 ünvanında  bu gün səhər baş verən yangın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova qorxudan ğzünü mənzilin eyvanından həyətə atıb. Qonşuları ağır bədən xəsarətləri alan qadını xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən söndürülüb.