logo

Azərbaycanda koronavirusa daha 63 yoluxma qeydə alındı: say 547 oldu

15:56 05-04-2020 | icon 2107
Azərbaycanda koronavirusa daha 63 yoluxma qeydə alındı: say 547 oldu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına daha 63 yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib. Qeyd edilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.