logo

Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

14:45 05-04-2020 | icon 2751
Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.

 YeniAvropa xəbər verir ki, reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.