logo

ABŞ-da respublikaçıların seçkiqabağı qurultayı təxirə salınmayacaq

13:37 05-04-2020 | icon 2317
ABŞ-da respublikaçıların seçkiqabağı qurultayı təxirə salınmayacaq

Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da Donald Trampın yeni müddətə prezident postuna namizədliyinin irəli sürüləcəyi Respublikaçılar partiyasının seçkiöncəsi qurultayı təxirə salınmayacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu ABŞ prezidenti şənbə günü Ağ evdə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Bizim ehtiyat planımız yoxdur. Qurultay avqustun sonlarında baş tutmalıdır. Düşünürəm ki, o vaxta qədər bizdə hər şey yaxşı olacaq. Qurultay Şimali Karolina ştatının Şarlott şəhərində keçiriləcək”, - deyə Donald Tramp bildirib.

Respublikaçılar partiyasının milli qurultayı avqustun 24-27-nə planlaşdırılıb. Donald Tramp artıq prezident seçkilərində iştirak etmək üçün nümayəndələrin yetərincə səsini toplayıb. ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutmalıdır.