logo

icaze.e-gov.az portalından və SMS icazə sistemindən istifadəyə dair videotəlimat hazırlanıb

18:49 04-04-2020 | icon 3003
icaze.e-gov.az portalından və SMS icazə sistemindən istifadəyə dair videotəlimat hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az portalından və SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar videotəlimatlar hazırlayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildiriblər ki, dövlət və özəl təşkilatlar əməkdaşlar üçün icazənin alınmasına görə “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” üzərindən müraciət göndərməlidirlər. Bunun üçün ilk növbədə, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsilə icaze.e-gov.az portalına daxil olmalıdır.

Vətəndaşlar isə evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.