logo

AŞ PA-nın yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb

18:13 04-04-2020 | icon 2142
AŞ PA-nın yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) aprelin 20-dən 24-dək Strasburqda keçirilməsi nəzərdə tutulan yaz sessiyası COVID-19 pandemiyasına görə ləğv olunub.

YeniAvropa qurumun saytına istinadla xəbər verir  ki, AŞ PA-nın prezidenti Rik Daems bu qərarı qəbul etməzdən əvvəl Assambleyanın Büro üzvləri ilə məsləhətləşib. Assambleya bu qərarı deputatların, sessiyaya dəvət edilmiş şəxslərin və Assambleyanın inzibati heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edib.

Qeyd edək ki, Assambleya mart və aprel aylarındakı digər komitə iclaslarını da təxirə salıb.

2020-ci il iş planına adaptasiya etmək üçün müstəsna tədbirlər təklif olunacaq.