logo

İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi

16:54 04-04-2020 | icon 2142
İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi

Prezident İlham Əliyev aprelin 4-də  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun(KİV DF) İcraçı direktoru təyin edilməsi haqqında
sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamla Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.  

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı digər bir sərəncamla isə Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.