logo

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir?

20:20 04-04-2020 | icon 2100
Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir?
Aprelin 4-də prezident İlham Əliyev  Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilməsi haqda sərəncam imzalayıb. 
YeniAvropa xəbər verir ki, Əhməd İsmayılovunbu yeni vəzifəyə təyin edilməzdən əvvəl Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
O,1980-ci ildə anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması”  ixtisası üzrə magistr dərəcəsi alıb.
2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.
20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.
Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu "Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.
Ailəlidir.