logo

Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

16:09 04-04-2020 | icon 2114
Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

Hazırda əməkdaşlarımızda insanların küçəyə çıxmasına nəzarət edilən planşetlər var. 

 YeniAvropa xəbər verir ki, bu barədə  Bakı şəhər Baş Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə,  polis əməkdaşları əmin planşetlər vasitəsilə hərəkətdə olan nəqliyyat vasitələrinin  qeydiyyatdan keçib- keçməməsi məsələsi yoxlayırlar.

"Polis bu gün də gücləndirilmiş iş saatı ilə xidmətinə davam edir. Həyatını riskə ataraq, həm təhlükəsizlik tədbirlərinin görülməsi üçün, həm də məlum karantin rejiminə nəzarətin gücləndirilməsi üçün xidmət aparır. Əhaliyə müraciət edirik və xahiş edirik ki, "Evdə qal" kampaniyasına qoşulsunlar. Özlərinin və ailələrinin qayğısına qalsınlar. Bu gün paytaxtın inzibati ərazisində əməkdaşlarımız tərəfindən nəzarət gücləndirilib. Hərəkətdə olan hər bir kəs saxlanılır və onlara profilaktiki tədbirlərin həyata keçirilməsi və informasiyaların verilməsi üçün tövsiyyələr edilir. Bu gün Bakı şəhərində nəqliyyat vasitəsi azlıq təşkil edir və güman edirik ki, belə də davam edəcək",- deyə Vaqif Əsədov bildirib. .

Vaqif Əsədov həmçinin vətəndaşlardan iş başında olan və vəzifəsini yerinə yetirən polisləri anlayışla qarşılamalarını xahiş edib:
"Vətəndaşlarmız polislərimizə anlayış göstərməlidirlər. Bunu pis tərəfə yozmamalıdırlar. Təəssüf edirəm ki, bəzən "polis imkan vermir" ifadələri işlədilir. Belə ifadələri işlədənlərə müraciət edib deyirik ki, polis bu gün həyatını riskə atır. Bu qiymətləndirilməlidir".

Qeyd edək ki, karantin vəziyyəti ilə bağlı vətəndaşların küçəyə çıxması SMS vasitəsilə tətbiq olunacaq. Aprel ayının 5-dən başalayaraq şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir).