logo

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

15:51 04-04-2020 | icon 2464
Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Tbilisi I Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.Onun sözlərinə görə, xəstənin müalicəsi üçün görülən tədbirlər nəticəsiz qalıb. COVID-19 virusundan həyatını itirən şəxs Bolnisi rayonu Kəpənəkçi kənd sakinidir. Məlumata görə, 79 yaşlı qadın martın 31-də COVID-19 virusuna yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria mərhumun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, hazırda Gürcüstanda 157 nəfər koronavirusa yoluxub. Xəstələrin 28 nəfəri sağalıb.

Koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilənlərin 4 nəfəri süni nəfəs aparatına qoşulub, daha 23 nəfərdə pnevmoniya təsdiq olunub.