logo

Neft Fondu I rübdə dövlət büdcəsinə 4,6 milyard manat transfert edib

14:09 04-04-2020 | icon 2254
Neft Fondu I rübdə dövlət büdcəsinə 4,6 milyard manat transfert edib

Yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 631 milyon manat transfert edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə  Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına (operativ) dair yaydığı açıqlamada deyilir.

Bildirilib ki, bu göstərici  proqnoza nisbətən 1 milyard 793,5 milyon manat və ya 1,6 dəfə çoxdur.