logo

Ərdoğan 20 yaşadək gənclərin də küçəyə çıxmasını qadağan etdi

22:11 03-04-2020 | icon 2534
Ərdoğan 20 yaşadək gənclərin də küçəyə çıxmasını qadağan etdi

Bu gecədən etibarən Türkiyənin 30 böyük şəhərinə, eləcə də ağciyər xəstəliklərinin geniş yayıldığı Zonquldak bölgəsinə avtomobillərin giriş-çıxışı dayandırılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan karantin rejimi ilə bağlı sərtləşdirilən tədbirlərdən danışarkən məlumat verib. Onun sözlərinə görə, bəzi istisnalar nəzərdə tutulmaqla bu qadağa 15 gün müddətində qüvvədə olacaq və lazım gələrsə, uzadılacaq.

Bundan əlavə, bu gecədən etibarən təkcə 65 yaşdan yuxarı şəxslərin deyil, 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan ediləcək.

Bazar və marketlərdə maska taxmaq məcburi olacaq.