logo

Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlandı

20:11 03-04-2020 | icon 2184
Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlandı

Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bu barədə "koronavirusinfo.az" saytında məlumat yerləşduirilib.. Pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Bakının digər rayonları üzrə göstəricilər isə belədir: Xətai-13, Səbail-10, Qaradağ-9, Sabunçu- 7, Suraxanı-5, Pirallahı-2, Xəzər-3, Nizami-2, Qeyri-müəyyən-6

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda(18) və Cəlilabaddadır(15).

Digər bölgələr üzrə göstəricilər: Salyan-12, Qusar-9, Tovuz-5, Neftçala-4, Astara-3, Naftalan-3, Daşkəsən-3, Füzuli-3, Xaçmaz-3, Zaqatala-3, Ucar-3, Ağdam-2, Ağdaş-2, Quba-2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar-1.

Koronavirusa yoluxanlardan 98 nəfəri ölkə xaricindən gələnlərdir. 
Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.