logo

İranda koronavirusdan ölənlərin sayı 3300-ə çatır

19:15 03-04-2020 | icon 2555
İranda koronavirusdan ölənlərin sayı 3300-ə çatır

İranda koronavirusa yoluxanların sayı 53 min 183-ə, ölənlərin sayı isə 3294 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, xüsusi xəstəxanalarda müalicə alan 17 min 935 nəfər sağalaraq evə buraxılıb.

İranla Avropa İttifaqı arasında maliyyə hesablaşması üçün xüsusi sistem işə salınıb. Lakin bu sistem vasitəsilə İran hələlik ticarət hesablaşması həyata keçirməyib. Sadəcə olaraq Almaniya yeni sistem vasitəsilə İrana tibbi ləvazimatlardan ibarət humanitar yardım göstərib.

ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Co Bayden Ağ Ev administrasiyasına İrana qarşı sanksiyaların aradan qaldırılmasının zəruriliyi haqqında çağırış edib. O bildirib ki, İranın tibbi ləvazimatlar almaq imkanının məhdudluğu koronavirusa qarşı mübarizəyə imkan vermir.

Onun sözlərinə görə, ABŞ İran xalqına bu ağır günlərdə köməklik etməlidir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik isə yardım məqsədilə İrana əhalini testdən keçirmək üçün 2 ədəd avadanlıq göndərib.