logo

Kamran Əliyev: “Jurnalist  avtomobilndə ailə üzvünü daşıya bilməz"

18:51 03-04-2020 | icon 2044
Kamran Əliyev: “Jurnalist  avtomobilndə ailə üzvünü daşıya bilməz"

Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur.

 YeniAvropa xəbər verir ki,  bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər.

“Yəni, məsələn, jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”,- deyə Kamran Əliyev bildirib.