logo

Fransada məktəblərdə buraxılış imtahanı keçirilməyəcək

16:22 03-04-2020 | icon 2345
Fransada məktəblərdə buraxılış imtahanı keçirilməyəcək

Bu il buraxılış imtahanları olmayacaq, şagirdlərin qiymətləndirilməsi onların əvvəlki qiymətlərinə uyğun müəyyənləşdiriləcək. Təcridolma rejimi müddətindəki qiymətlər nəzərə alınmayacaq. Şagirdlərin gündəliyi imtahan münsiflər heyəti tərəfindən yoxlanılacaq.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu sözləri Fransanın təhsil naziri Jan-Mişel Blanke deyib.

Nazir, həmçinin  təcridolma rejimindən sonra tədrisin tədricən bərpa olunacağını qeyd edib.