logo

Tərtərdə güclü külək əsib, Şahdağda isə qar yağıb

15:29 03-04-2020 | icon 2107
Tərtərdə güclü külək əsib, Şahdağda isə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Zaqatalada 19, Balakən, Oğuzda 15, Altıağac, Şəkidə 13, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12, Qəbələdə 11, Tovuz, Ağstafada 10, Şabranda 9, Xaltanda 8, İsmayıllıda 7, Xınalıq, Qusarda 6, Qrız, Şəmkir, Naftalanda 5, Göygöl, Gəncə, Qubada 4, Daşkəsən, Tərtər, Ceyrançöldə 3, Mingəçevir, Göyçayda 2, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 millimetr olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 santimetr təşkil edib.

Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Tərtərdə 27, Naftalanda 26, Ağdamda 22, Ağstafa, Gəncədə 20, Xaçmaz, Bərdə, Şəmkirdə 18, Qazıməmməddə 16, Mingəçevirdə 15, Bakıda və Abşeron yarımadasında - Çilov adasında 25, Bakıda 24, Pirallahıda 23, Neft Daşlarında 21 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14°, aran rayonlarında 15-20°, dağlıq rayonlarda 9°-dək, Naxçıvan Muxtar Respublikasında 10-18°, Ordubadda 24°-dək isti olub.