logo

Koronavirusa görə təxirə salınan “Eurovision2020"  onlayn keçiriləcək

14:11 03-04-2020 | icon 27685
Koronavirusa görə təxirə salınan “Eurovision2020"  onlayn keçiriləcək

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn-konsert formatında keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.

Bildirilir ki, mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

 

Mayın 16-da keçiriləcək şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert həmçinin təşkilatın rəsmi “Youtube” kanalından da yayımlanacaq.

Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.

Təşkilatçılar bu formatın müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edəcəyini deyir: “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar”.

Qeyd edək ki, Azərbaycanı "Eurovision 2020" Mahnı Müsabiqəsində Samir Əfəndi "Kleopatra" mahnısı ilə təmsil edəcək.