Xüsusi karantin rejimində icazələrin alınması sistemi yaradıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” üzr işləri tamamlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.
Onun sözlərinə görə, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilməlidir: “Bunun üçün ilk növbədə, dövlət və özəl təşkilatlarının möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş “ASAN Login”də mövcud olan “ASAN İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir və axtar düyməsi sıxılır, şəxsin fərdi məlumatları avtomatik olaraq müvafiq xanalarda əks olunur. Bundan sonra digər xanalar, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur. “Təsdiqlə” düyməsi sıxılmayıbsa “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. Müraciətlər tamamlandıqdan sonra əsas səhifədə icazə verilmiş əməkdaş və nəqliyyat vasitələrinin sayı əks olunur. “İcazələr” bölməsində sətirlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdən yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək “Yadda saxla” düyməsini sıxmaq kifayətdir.
İcazə sistemindən istifadə qaydaları ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 “Çağrı” Mərkəzinə müraciət oluna bilər”.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub