logo

Sabah Bakıda arabir yağış yağacaq, 13° isti olacaq

13:13 03-04-2020 | icon 1911
Sabah Bakıda arabir yağış yağacaq, 13° isti olacaq

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 12-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı ehtimal edilir.