logo

"OPEC+" ölkələri nazirlərinin görüşünə Azərbaycan da dəvət alıb

10:53 03-04-2020 | icon 2429
"OPEC+" ölkələri nazirlərinin görüşünə Azərbaycan da dəvət alıb

Aprelin 6-da videokonfrans formatında təşkil olunacaq və  neft bazarının sabitləşdirilməsi məsələrinə həsr olunan  OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə Azərbaycan da dəvət alıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, bu görüş ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə təşkil olunacaq.