logo

Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

22:31 02-04-2020 | icon 2541
Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

Dünyada yeni növ koronavirusdan azı 50 min nəfər ölüb. İnfeksiya 165 ölkəyə yayılıb. Sonuncu yoluxan ölkə Malavidir.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, xəstəlikdən ən çox ölüm halı İtaliyada (13915) qeydə alınıb. Habelə ölüm hallarının çox olduğu ölkələr sırasında İspaniya (10003), ABŞ (5316), Fransa (4503), Çin (3287), İran (3160), Böyük Britaniya (2921), Niderland (1339), Belçika (1011), Almaniya (1001) gəlir.

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı bir milyona yaxınlaşır.

Xatırladaq ki, koronavirusa yoluxma halı 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində qeydə alınıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin pandemiya olduğunu təsdiqləyib.