logo

ABŞ koronavirusa görə Azərbaycana 1,7 milyon dollar yardım ayırdı

21:57 02-04-2020 | icon 2380
ABŞ koronavirusa görə Azərbaycana 1,7 milyon dollar yardım ayırdı

Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Qeyd edilib ki, sözügedən məbləğ Azərbaycan hökumətilə birgə çalışan və USAID-in tərəfdaş təşkilatları olan üç qurum arasında paylaşılacaq: Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-in Uşaq Fondu (UNICEF) və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyası (IFRC). Adı cəkilən hər bir təşkilat Azərbaycan hökumətilə tərəfdaşlıq edərək COVID-19 virusunun yayılmasının qarşısı alınması və xəstəliyin fəsadlarının azaldılması üçün göstərilən birgə səylərə öz töhfəsini verəcək. Üç təşkilata verilən vəsait Azərbaycanın milli laboratoriyalarının, əsaslı nəzarət və təxirəsalınmaz cavab sisteminin gücləndirilməsi, infeksiyanın qarşısı alınması və nəzarəti sahəsində fəaliyyətin artırılması, səhiyyə işçilərinin imkanlarının gücləndirilməsi, habelə ictimaiyyətə virus və onun yayılmasının qarşısı alınması barədə məlumatların çatdırılması kimi fəaliyyətlərə yönələcək.

“Bu gün Amerika xalqının adından Azərbaycan xalqına və hökumətinə təklif etdiyimiz bu dəstək bizim həmrəyliymizin və öhdəliyimizin əlamətidir. Birlikdə biz COVID-19 virusuna qalib gələ bilərik”,-deyə  ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib. 

Xatırladaq ki, 1992-ci ildən bəri ABŞ Azərbaycana dəyəri 1,5 milyard ABŞ dollardan artıq yardım göstərib və bunun sayəsində təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, iş yerlərinin yaradılması, qadınlar üçün biznes imkanlarının artırılması, və təhsil kimi sahələrdə müsbət dəyişikliklər əldə edilib.

USAID münaqişə nəticəsində zərərçəkmiş insanlara humanitar yardım göstərərək Azərbaycanın müstəqillik qazandığı ilk illərindən bəri dəstək göstərib. USAID Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının və sərmayələrin artması üçün zəruri şəffaf və açıq mühitin yaradılması, habelə Azərbaycan xalqının firavanlığının və dayanıqlığının artmasına təkan verən uzunmüddətli texniki yardım göstərmişdir.ırır.