logo

Koronavirusa yoluxanların sayı dünyada artıq 1 milyon nəfərə çatıb

20:31 02-04-2020 | icon 2086
Koronavirusa yoluxanların sayı dünyada artıq 1 milyon nəfərə çatıb

Dünyada indiyədək 955 130 insanda koronavirus infeksiyası aşkarlanıb.

YeniAvropa xəbər verir ki, son 2 gündə dünyada koronavirusa yoluxanların sayı daha 155 min nəfər artıb.

Pandemiya qurbanlarının sayı 48 571, sağalanların sayı isə 202 943 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.