logo

İran parlamentinin sədri də koronavirusa yoluxdu

19:37 02-04-2020 | icon 2394
İran parlamentinin sədri də koronavirusa yoluxdu

İran İslami Şura Məclisinin (parlament) sədri Əli Laricaniyə koronavirus diaqnozu qoyulub.

YeniAvropa xəbər verir ki, bu barədə "IRIB" dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, spikerdən bir sıra simptomların müşahidə olunması səbəbindən analiz götürülüb və testin nəticəsi müsbət çıxıb.

Məlumatda həmçinin Ə.Laricaninin hazırda karantinə alındığı və müalicə edildiyi də vurğulanıb.